“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi “Atletiko”ya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportinfo.az “Arsenal Radar”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, bəzi məlumatların həqiqəti əks etdirmədiyini və hazırda diqqətini işinə yönəltdiyini deyib:
“Daha əvvəl yayılan bəzi məlumatlar həqiqətə uyğun deyil. Sakitliyimi qoruyuram və sadəcə, çalışmağa davam edirəm.
Kifayət qədər oyun vaxtı almadığım doğrudur, amma öz bacarıqlarıma inanıram və vəziyyəti dəyişəcəyimə ümid edirəm”.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.
