“Barselona” Bakıda bu ulduzlarını oynada bilməyəcək

“Barselona” Bakıda bu ulduzlarını oynada bilməyəcək

“Vikinq”ə böyük hesabla (1:4) məğlub olan “Sabah” Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona”nı Bakıda qəbul edəcək.

Noyabrın 25-də keçiriləcək qarşılaşma ərəfəsində kataloniyalıların ciddi kadr problemləri var.

Hazırda komandanın yeddi futbolçusu zədə səbəbindən müalicə olunur.

Kataloniyalıların iki oyunçusunun isə Azərbaycandakı matçda iştirakı isə demək olar mümkün görünmür. Söhbət çarpaz bağları qırılan Runi Bardjidən və gənc müdafiəçi Xavi Espartdan gedir. Sonuncu oktyabrın 25-də “Real Madrid”lə oyunda ayaq biləyindən zədələnib. Həkimlər onun təxminən yeddi həftə yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. Baş məşqçi Hans-Diter Flik Espartın yalnız gələn ilin əvvəlində meydana qayıda biləcəyini istisna etməyib.
Erik Qarsiya və Andreas Kristensenlə bağlı vəziyyət isə daha ümidvericidir. Əzələ zədələrindən sonra bərpa prosesi keçən hər iki müdafiəçinin “Sabah”la görüşdən xeyli əvvəl sıraya dönməsi mümkündür. İspaniya mətbuatının məlumatına görə, Qarsiya artıq əsas komanda ilə məşqlərə başlayıb.
Flik də ümid edir ki, noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra zədəli futbolçuların əksəriyyəti yenidən onun sərəncamında olacaq.
“Ümid edirəm ki, beynəlxalq fasilədən sonra Dani Olmo da daxil olmaqla, bütün futbolçularımız hazır olacaq. Xavi Esparta gəlincə, ola bilsin ki, onu yalnız gələn ilin əvvəlində görək” - almaniyalı mütəxəssis bildirib.
Beləliklə, hazırkı vəziyyətə görə “Barselona”nın Bakıya səfəri öncəsi ən ciddi itkiləri Runi Bardji və Xavi Espart ola bilər. Rodri, Dani Olmo və Jül Kundeni isə “Sabah”la matçda görüb-görməyəcəyimiz hələ məlum deyil. Erik Qarsiya və Andreas Kristensenin qarşılaşmayadək bərpa olunmaq şansları isə yüksək qiymətləndirilir.
“Sabah” - “Barselona” görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra 9 xalı olan “Barselona” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Üç xal toplamış Azərbaycan təmsilçisi isə 31-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!