"Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun zədələnməsi italiyalıları sevindirib.
Onun bu səbəbdən Azərbaycan millisinin heyətindən çıxarılması İtaliya mətbuatında müzakirəyə səbəb olub.
Sportinfo.az xəbər verir ki, vətənində forvardın milli komanda seçimi baxımından vaxt qazandığı vurğulanır.
İtaliya mətbuatı 18 yaşlı futbolçunun əsas millidə debütünün təxirə düşməsini “İtaliya hələ ümid edə bilər” ifadəsi ilə şərh edib.
Mezzotero noyabrın 9-da “Karareze” ilə görüşdə zədələnib və Azərbaycan millisinin qarşıdakı toplanışında iştirak edə bilməyəcək. O, “Araz-Naxçıvan”dan düşərgəyə çağırılan Ağadadaş Salyanski ilə əvəzlənib.
İndiyədək yalnız Azərbaycanın U-21 yığmasında çıxış edən Mezzoteronun gələcəkdə İtaliya millisini təmsil etməsi perspektivi yenidən gündəmə gəlib.
