“Qarabağ“ın baş məşqçisindən suyu bulandıran oyunçu haqda KRİTİK QƏRAR - SON DƏQİQƏ

13:00 Qarabağ 139
“Qarabağ“ın baş məşqçisindən suyu bulandıran oyunçu haqda KRİTİK QƏRAR - SON DƏQİQƏ

Marko Yankoviçin “Qarabağ“dakı perspektivi müəyyənləşib.

Ağdam klubu qış fasiləsində onunla yollarını ayırmağı planlaşdırır.

Bu, Qurban Qurbanovun qərarıdır. Monteneqrolu yarımmüdafiəçinin Misli Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə səfər matçı zamanı komanda yoldaşı Mateus Silva ilə mübahisə etməsi baş məşqçinin səbr kasasını daşırıb.

Düzdür, balkanlı legioner bu hərəkətinə görə böyük məbləğdə (20 min dollar) cərimələnib, amma təcürbəli mütəxəssis bu tipli cəza tədbirlərinin artıq adekvat olmadığı qənaətinə gəlib.

O. 32 yaşlı Markonun nizam-intizamlı əlaqəli problemlərinin davamlı hal almasını psixoloji amillərlə bağlayır. Çıxış yolunu isə 2027-ci ilin yayında bitəcək müqaviləyə vaxtından əvvəl xitam verməkdə görür.

Ancaq pul-parasız yox.

2022-ci ilin yayından bəri “köhlən atlar“ın formasını geyinən Monteneqro yığmasının üzvünün nəzərinə çatdırılıb ki, indidən özünə başqa komanda axtara bilər. Real variant olarsa, onda danışıqlara başlamaq və təzminat şərtlərini razılaşdırmaq mümkünqdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!