Qurbanov iclas keçirdi, tapşırıq verdi, "buradan mətbuata xəbər çıxmamalıdır" söylədi

2 Sentyabr 2022 14:00 Səbail 1 216
Qurbanov iclas keçirdi, tapşırıq verdi, "buradan mətbuata xəbər çıxmamalıdır" söylədi

«Səbail»də komandadaxili toplantı keçirilib.

Yığıncaq son vaxtlar düşərgədə baş verən hadisələrə həsr olunub.

Mahmud Qurbanov kollektivlə bağlı mətbuatda çıxan xəbərlərdən narahatlığını ifadə edib.

«Pro» kateqoriyalı çalışdırıcı komandadan mediaya informasiyaların sızdırılmasını «mənfi hal» adlandırıb, bu kimi məlumatların kənara çıxmasının qarşısını alacaqlarını bildirib.

Baş məşqçi ad çəkməsə də, üstüörtülü şəkildə qeyd edib ki, buradan KİV-ə kimlərin bilgi ötürməsindən xəbərdardır.

Qurbanov mətbuatın əhəmiyyətli kəsiminin «Səbail»dən gələn xəbərlərə həssas yanaşdığını, həmin jurnalistlərin klubdakı bəzi şəxslərlə əlaqələrinə yaxşı bələd olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq