Premyer Liqa klubunda kadr islahatları aparılacaq - SON DƏQİQƏ

11 Avqust 2022 15:00 Səbail 62 681
Premyer Liqa klubunda kadr islahatları aparılacaq - SON DƏQİQƏ

«Səbail»də kadr islahatı aparılacaq.

Kluba bu haqda göstəriş «Xəzər Dəniz Gəmiçiliyi»ndən (ASCO) gəlib.

ASCO baş sponsoru olduğu Bayıl təmsilçisinin idarəçilik sistemini dəyişməyi lazım bilib.

Bu da Fərəc Əliyevin başçılıq etdiyi funksioner qrupunun onlara tapşırılan işin öhdəsindən gəlməyi bacarmaması, bəzi neqativ hallara yol verməsidir.

Hazırda «Səbail»də müəyyən araşdırmalar gedir və yaxın günlərdə rəsmi açıqlamaların verilməsi gözlənilir.

F,Əliyev 5 ildir «Səbail»də çalışır. Onun personasına və fəaliyyətinə münasibət birmənalı deyil. AFFA-ya bağlı kadr olduğundan, ASCO indiyədək idman direktorunun işinə çox da müdalixə etməyib.

Ancaq görünür, son vaxtlar axar sular öz məcrasını yavaş-yavaş dəyişməyə başlayıb və nəhayət, futbola peşəkar yanaşmaya sərgiləməyi vacib sayıblar.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin «Səbail»lə yaxından maraqlanması, kluba diqqət və qayğını, o cümlədən, büdcəni artırması, hər xırda məsələni nəzarətə götürməsi sevindirici haldır.

Güman edirik ki, prosesin davamı gələcək, özü də tam sürətlə...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!