"Neftçi"dən ayrılan futbolçu: "Razılıq əldə olunub"

9 İyul 2021 16:20 Səbail 1 989
"Neftçi"dən ayrılan futbolçu: "Razılıq əldə olunub"

"İcarəyə getməyi özüm istəmədim. Qarşılıqlı razılıqla "Neftçi"dən ayrıldım. Heç bir təzminat olmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"dən ayrılan Cabir Əmirli deyib.

24 yaşlı müdafiəçi yeni klubunun adını da açıqlayıb: "Yeni mövsüm "Səbail"də keçirəcəm. Artıq razılıq əldə olunub. Bu gün yeni klubumda ilk məşqə çıxacam".

Xatırladaq ki, bu gün "Neftçi"dən ayrılan futbolçu son mövsümü icarə əsasında "Sumqayıt"da keçirib. O, "kimyaçılar"ın heyətində 5 oyun meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti