1 il də Əfranla davam!

15 İyun 2021 14:00 Səbail 1 058
1 il də Əfranla davam!

Heyətində ciddi islahatlar aparan “Səbail” daha bir futbolçu ilə bağlı qərarını açıqlayıb.

Sportinfo.az-ın klubun "feysbuk" səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Əfran İsmayılov qəsəbə təmsilçisində qalıb.

32 yaşlı hücumameyilli oyunçu başa çatan müqavilə müddətini daha bir il uzadıb. Milli komandamızın sabiq üzvü 2021/22 mövsümünü də qəsəbə təmsilçisində keçirəcək.

Yay fasiləsində 7 futbolçu ilə yollarını ayıran “Səbail” baş məşqçi Aftandil Hacıyev, həmçinin Elxan Əhmədov, Şahin Zəkiyev və Ədilxan Qarəhmədovla yeni saziş imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim