“Qəbələ” hücumçusunu Avropanın bu klubuna satacaq?

27 Mart 2020 22:40 Qəbələ 1 485
“Qəbələ” hücumçusunu Avropanın bu klubuna satacaq?

"Qəbələ”nin hücumçusu Nikolas Raysel Azərbaycanı tərk edə bilər.

Sportinfo.az-ın apasport.az-a istinadən məlumatına görə, 27 yaşlı forvardın karyerasını Kiprdə davam etdirmək ehtimalı yaranıb.

Bu ilin əvvəlində "Qəbələ"yə keçməsinə baxmayaraq, parlaq çıxışı ilə diqqət çəkən sloveniyalı futbolçu AEK-in diqqət mərkəzinə düşüb. Larnaka təmsilçisi hücum xəttini məhz onunla gücləndirmək niyyətindədir.

Mövsüm bərpa edilib, başa çatdıqdan sonra AEK Fransa əsilli oyunçu ilə danışıqlara başlayacaq. Nikolas Raysel “Qəbələ” ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti