"Yeni baş məşqçi var, belə məqamda fasilə yaxşı oldu"

19:00 Qəbələ 131
"Yeni baş məşqçi var, belə məqamda fasilə yaxşı oldu"

Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada üç həftəlik fasilə yarandı.

Belə fasilələr klublara fərqli təsir göstərir.

Bəzən komandaların toparlanması, çatışmazlıqlar üzərində işləməsi və daha yaxşı hazırlaşması üçün yaxşı fürsət olur.

Bəzən isə yaxşı formada olan kollektiv üçün ritmin pozulması heç də xeyirli nəticə vermir.

Maraqlıdır, uğursuz mövsüm keçirən “Qəbələ” üçün bu fasiləni necə qiymətləndirmək olar?

Yeni baş məşqçinin gəlişindən sonra yaranan bu fasilə komandanın toparlanmasına və yaxşı mənada dəyişməsinə kömək edə bilərmi?

Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin təcrübəli futbolçusu Səlahət Ağayev bu suallarımızı cavablandırıb:

"Yeni baş məşqçi gəlib. Belə məqamda fasilə bizə çox lazımdır.

Yəqin ki, sistem dəyişəcək. "Neftçi" ilə oyunda gördüyünüz kimi dördlü müdafiə sistemi ilə oynadıq.

Bizə vaxt lazımdır. Baş məşqçinin gəlişi yaxşı zamana düşdü. Nə istədiyini bizə aşılaya biləcək.

15 gündən artıq vaxtımız olacaq. Yəqin ki, yoxlama görüşləri də olacaq. Məncə, daha yaxşı ola biləcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti