AMADA "Qəbələ"nin iki komandası üçün maarifləndirici seminar keçirdi - FOTOLAR

04:40 Qəbələ 69
AMADA "Qəbələ"nin iki komandası üçün maarifləndirici seminar keçirdi - FOTOLAR

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Qəbələ"nin U-17 və U-19 komandaları üçün maarifləndirici seminar keçirilib.

Sportinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Qəbələ şəhər stadionunda təşkil edilib.

Seminar AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Saxarovun rəhbərliyi altında baş tutub.

Tədbirdə iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı yeniliklər barədə məlumat verilib.

Dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi futbolçuların diqqətinə çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR