"Qəbələ"lilər aldıqları puldan narazılıq etdi, qazancları artdı

26 Sentyabr 2022 11:40 Qəbələ 789
"Qəbələ"lilər aldıqları puldan narazılıq etdi, qazancları artdı

Premyer Liqanın 7-ci turunda «Sumqayıt»a qalib gələn «Qəbələ»nin qazancı məlum olub.

Əyalət təmsilçisinin futbolçuları 1:0 hesablı qələbəyə görə 800 manat əldə edib.

12 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan «qırmızı-qaralar» «Şamaxı» və «Kəpəz»lə oyunlara görə də bu qədər mükafat alıb.

İlk turda Tovuzda «Turan»a 2 cavabsız qol vuran «Qəbələ»lilərə 600 manat ödənilib.

Elə bu da onların xoşuna gəlməyib. Narazılıqdan sonra rəhbərlik mükafatın məbləğini 200 manat artırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU
4 Dekabr 00:20 Bir erkən qol - VİDEO