“Qəbələ” 14 cavabsız qolla çempion oldu - FOTOLAR

9 May 2022 01:00 Qəbələ 1 043
“Qəbələ” 14 cavabsız qolla çempion oldu - FOTOLAR

“Qəbələ” U-17 Liqasının çempionu olub.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qızıl medalları sonuncu turda rəsmiləşdirib.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda 26-cı turda İsgəndər Cavadov Bakı Futbol Akademiyası ilə görüşüb. “Qəbələ” ev matçında 14:0 hesabı ilə qalib gəlib.

Bununla da 24 oyunda 61 xal toplayan “qırmızı-qaralar” növbəti çempionluğunu yaşayıb. Komandanın futbolçusu Ağabəkir Həşimli 28 qolla liqanın bombardiri adını qazanıb.

“Qəbələ” 6-cı dəfə U-17 Liqasının qalibi olub. “Qırmızı-qaralar” bunadək 2009/10, 2012/13, 2014/15, 2017/18 və 2020/21 mövsümünün çempionu adını qazanıb.

2010/11, 2013/14, 2015/16 və 2018/19 mövsümlərində isə “Qəbələ” ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!