
Yerli futbolçu sayından əziyyət çəkən "Neftçi", qış fasiləsində Eddi İsrafilov və Azər Salahlını heyətinə qatmağı bacardı.
Amma bununla da kifayətlənməyən son çempionun axtarışları davam edir.
"Ağ-qaralar"ın növbəti hədəflərindən biri "Qəbələ"nin üzvü Urfan Abbasovdur.
29 yaşlı müdafiəçi Sportinfo.az-a açıqlamasında adının "Neftçi" ilə hallanmasına münasibət bildirib:
"Neftçi" ilə heç bir danışığım olmayıb. "Bu məlumatın haradan qaynaqlandığından xəbərim yoxdur".
Hazırda zədəsini müalicə etdirməklə məşğul olan təcrübəli oyunçu "Qəbələ"dəki durumundan məmunluq ifadə edib:
"Qəbələ"də hər şey ürəyimcədir. Buradakı vəziyyətimdən razıyam. Hazırkı müqaviləm ilin sonuna kimidir və klubumu dəyişmək fikrim hələki yoxdur".
Urfan Abbasov bu mövsüm komandasının bütün oyunlarında meydanda olub. O, 14 qarşılaşmada 1 qol və 2 asist etməklə yadda qalıb.
XANOĞLAN