“Qarabağ”da qalmayan: “Bilirəm ki, yayda daha yaxşı klub tapmalıyam”

28 Sentyabr 20:20 Qarabağ 713
“Qarabağ”da qalmayan: “Bilirəm ki, yayda daha yaxşı klub tapmalıyam”

“İdeal variant “Qarabağ”dan daha güclü liqaya keçmək olardı”.

Sportinfo.az xəbər verir ki, bunu“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski deyib.

Bir ay öncə Ağdam təmsilçisini “Vyeçista”ya dəyişən 26 yaşlı kipper yayda Danimarkanın aparıcı klublarından birindən də təklif aldığını və həmin keçidin niyə baş tutmadığını açıqlayıb:

“Orada oynayıb daha böyük klublara keçid üçün tramplin əldə edə bilərdim. Nədənsə bu transfer baş tutmadı.

Vaxtın getdiyini görərək, sentyabrın 8-də “Vyeçista” ilə müqavilə imzaladım. Müqavilə üç illikdir, amma onu tam başa vuracağım çox şübhəlidir.

Bilirəm ki, yayda daha yaxşı klub tapmalıyam.

Qışda bunu etmək mümkün deyil, çünki bu mövsüm artıq iki klubda çıxış etmişəm. Qaydalar isə üçüncü klubda oynamağa icazə vermir”.

“Qarabağ”ın heyətində 41 liqa oyununda meydana çıxan qapıçı 19 matçda qapısını toxunulmaz saxlayıb. Onun Çempionlar Liqasında 10 oyunu var.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO