"Qəbələ"nin yeni transferlə bağlı PLANI məlum oldu

13 Yanvar 2022 21:20 Qəbələ 1 088
"Qəbələ"nin yeni transferlə bağlı PLANI məlum oldu

“Qəbələ”nin heyətini Avstriyanın “Admira Vakker” klubunun hücumçusu Patriklə gücləndirməsini xəbər vermişdik.

23 yaşlı forvard hələ də bölgə klubuna qoşulmayıb. Braziliyalı futbolçu yeni klubunu ən tez ayın 15-i görə biləcək.

Çünki təmsilçimiz təlim-məşq toplanışı üçün məhz həmin tarixdə Türkiyəyə yollanacaq. Klubdan saytımıza bildirilib ki, yeni transferin də qonşu ölkədə komandaya qoşulması planlaşdırılıb.

1.5 il icarə əsasında “Qəbələ”də çıxış edəcək Patrikin 2021-ci ilin yayında “Admira Vakker” klubuna transfer olunub.

O, bu mövsüm Avstriya Bundesliqasında 8 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu