Ölkəmizdə uğursuz oldu, indi də “Partizan”da BİABIR olur

15 Sentyabr 02:20 Hadisə 672
Ölkəmizdə uğursuz oldu, indi də “Partizan”da BİABIR olur

Bu yay “Sumqayıt”dan ayrılan Saşa İliç çalışdırdığı “Partizan” ilə antirekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisi Serbiya çempionatları tarixində ən pis startını edib.

Komanda 8 turdan sonra 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə cəmi 7 xal yığıb. Ötən gün isə paytaxt təmsilçisi öz meydanında “Voyvodina”ya uduzub - 2:3.

Serbiya mətbuatı Saşa İliçin istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayır.

27 dəfə ölkə çempionu olan "Partizan" hazırda Superliqada 7 xalla 14 komanda arasında 13-cüdür.

Saşa İliç ötən mövsüm "Sumqayıt"ı çalışdırıb. Komanda 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti