Bizim qızlar Moldovaya məğlub oldu - Penaltilər seriyasında

15 Sentyabr 02:00 Qadın futbolu 375
Bizim qızlar Moldovaya məğlub oldu - Penaltilər seriyasında

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Moldova ilə yoldaşlıq oyunu keçirib.

Sportinfp.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar. Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

Komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti