"Qəbələ"nin legioneri Türkiyəyə gedə bilər

22 Oktyabr 2021 23:20 Qəbələ 919
"Qəbələ"nin legioneri Türkiyəyə gedə bilər

"Qəbələ"nin zədəli legioneri Yaovi Akakponun Ukraynada əməliyyat olunacağını xəbər vermişdik.

Amma viza məsələsində yaranmış problem səbəbindən toqolu yarımmüdafiəçi hələ də Bakıdadır.

Əldə etdiyimiz məlumata görə, "Qəbələ" rəhbərliyi hazırkı stiuasiyada çox gözləmək fikrində deyil.

Rəsmilər əməliyyat üçün yeni məkan axtarışına çıxıblar. Artıq 1-2 variant da var. Daha real olanı isə Türkiyədir.

Yaxın günlərdə afrikalı futbolçunun əməliyyat olunacağı ölkə ilə bağlı yekun qərar veriləcək.

21 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb.

50-ci dəqiqədə meydanı xərəkdə tərk edən Afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti