”Qəbələ”yə qayıdan ispan ”Sportinfo”ya danışdı: ”Mən gəlmişəm ki…”

10 Oktyabr 2021 13:00 Qəbələ 1 592
”Qəbələ”yə qayıdan ispan ”Sportinfo”ya danışdı: ”Mən gəlmişəm ki…”

”Özümü çox yaxşı hiss edirəm.

Məşqlərə başlamışam, dünən də ”Neftçi” ilə yoxlama oyunun ikinci hissəsində meydanda oldum.

Məşqlərin sayı artdıqca, fiziki durumum yaxşılaşacaq. Yeni komandaya gəlməmişəm ki, uyğunlaşma üçün vaxta gərək duyum”.

“Qəbələ”nin müqavilə bağladığı Fernan Lopez keçmiş komandasına qayıdışı haqda Sportinfo.az-a danışarkən bu fikirləri səsləndirib.

İspaniyalı yarımmüdafiəçi 1 illik aradan sonra Azərbaycana uğur qazanmaq üçün gəldiyini və komanda yoldaşlarının köməkliyi ilə hədəfə birgə çatacaqlarını düşünür:

“Komandamız çempionata yaxşı başlayıb. Altı turdan sonra vəziyyət ürəkaçandır. Lakin uğurlu qrafiki sona qədər qoruyub saxlamaq lazımdır.

Mən də bura komandanın bir parçası olmaq və əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!