“Neftçi”dən ayrılan Cordan Rezabalanın işsiz günləri davam edir.
Ekvadorlu yarımmüdafiəçi hələ də klubsuzdur.
Ötən 1 ili ağ-qara formada keçirməsinə baxmayaraq, ciddi heç nə ilə yadda qalmayan Rezabala ilə iyulda yollar qarşılıqlı razılıq əsasında ayrılmışdı.
Lakin üstündən təxminən iki ay keçməsinə baxmayaraq, karyerasını harada davam etdirəcəyi hələ də qeydi-müəyyəndir.
Əldə etdiyimiz məlumata görə, ona Azərbaycanın iki klubundan maraq olub. Özü bu izdivaca həvəs göstərməyib, iddialı komandada qərarlaşmaq istədiyini deyib, maaş məsələsində “göylə gedib”.
Odur ki, bu günə qədər işsizdir.
O, ötən mövsüm “Neftçi”nin heyətində 26 oyunda şans qazandığı 1190 dəqiqə ərzində cəmi 1 qol ötürməsi ilə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ
