Məşhur çempion gördüklərini “rəzalət” adlandırdı, oğlunu Azərbaycana verdi

01:00 Sizdən Bizə 154
Məşhur çempion gördüklərini “rəzalət” adlandırdı, oğlunu Azərbaycana verdi

Rusiya idman dünyasında böyük şok yaradacaq və geniş müzakirələrə səbəb olacaq çox ciddi bir qalmaqal yaşanır.

Sportinfo.az xəbər verir ki, fiqurlu konkisürmə üzrə dünyaşöhrətli rusiyalı çempion Yevgeni Plyuşenko ölkəsindəki mövcud idman mühitini sərt şəkildə tənqid edərək, oğlunun bundan sonra Azərbaycanı təmsil edəcəyini bəyan edib.

Məşhur idmançı Rusiyada hazırda idmançıların kütləvi şəkildə gerilədiyini və deqradasiyaya uğradığını bildirib.

Plyuşenkonun sözlərinə görə, beynəlxalq sanksiyalar səbəbindən yalnız Rusiya daxilində keçirilən yarışlar idmançılara lazımi inkişaf səviyyəsini və rəqabəti təmin edə bilmir.

O, oğlunun gələcək karyerasını xilas etmək üçün bu addımı atdığını vurğulayıb:

"Onun mütləq beynəlxalq arenaya çıxması, orada sürüşməsi və çıxış etməsi lazımdır. Çünki düzünü desəm, bizim burada hazırda tam bir deqradasiya prosesi gedir.

Kirova, Permə, Yekaterinburqa və ya Moskvaətrafı bölgələrə yarışlara getmək əlbəttə ki, qəşəngdir. Lakin bu, bizim idmançılarımızın peşəkar cəhətdən məhv olması və deqradasiyaya uğraması deməkdir".

Dünya çempionunun bu sensasion qərarı Rusiya idman rəhbərliyində və mediasında ciddi narazılıq dalğası yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi