Bölgə klubundan ayrılmaq üçün 20 min manatından keçdi

21:00 Premyerliqa 237
Bölgə klubundan ayrılmaq üçün 20 min manatından keçdi

“İmişli” Vüsal Qənbərovla yollarını ayırıb.

23 yaşlı yarımmüdafiəçi “Şəfa”ya transfer olunub.

Qənbərov daha çox oyun vaxtı almaq məqsədilə mövsümün gedişində klubunu dəyişmək qərarına gəlib.

Bu keçidin reallaşması üçün futbolçu hətta şəxsi vəsaitindən keçərək fədakarlıq edib.

Belə ki, Vüsalın “İmişli” ilə müqaviləsinə xitam verilməsi və “Şəfa”ya keçidi üçün 20 min manat ödəyib.

O, 3 aylıq maaşından imtina edərək bu qədər qazancından məhrum olub.

2024-cü ildən “İmişli”də çıxış edən yarımmüdafiəçi komandanın heyətində ümumilikdə 47 oyuna çıxıb və 2 qola imza atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti