"Şəfa"nın futbolçusu Nahid Əliyev Misli Premyer Liqasının 5-ci turunda "Sabah"a uduzduqları matçdan sonra müsahibə verib.
Sportinfo.az xəbər verir ki, Azərnaycanın U-21 millisinin vingeri məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oyun nümayiş etdirdiyini söyləyib:
"Sabah"a qarşı yaxşı futbol göstərdik. Sadəcə, "Sabah" oturuşmuş bir komandadır.
Biz isə Premyer Liqaya yeni gələn klubuq. Məncə oyundan-oyuna daha yaxşı çıxış edirik. Düşünürəm ki, biz yaxşı oynadıq".
21 yalşı oyunçu növbəti turdə "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən də söz açıb: "Ən azı çalışırıq ki, hər oyunda 1 xal qazanaq.
Alınır, ya alınmır... "Qarabağ"la oyundan da ən az 1 xal əldə etmək istəyirik. Çətin təqvimimiz var. "Neftçi", "Sabah", "Qarabağ"... Sonra rahat olacaq".
O, gələcəkdə Azərbaycanın əsas millisində oynamaq arzusunda olduğunu bildirib:
"Əlbəttə ki, mən də əsas millidə oynamaq istəyərəm. Sadəcə hər şeyin öz vaxtı var.
Milliyə dəvt almaq üçün gərək, daha çox oyun vaxtı qazanasan. Yaxşı oynasam, daha çox meydanda olsam, niyə də yox?!"
