"Bir xaldan razı qaldım" - Elmar Baxşıyev

26 Sentyabr 2021 21:30 Qəbələ 853
"Bir xaldan razı qaldım" - Elmar Baxşıyev

"Əvvəlcə sabahkı Anım günü ilə əlaqədar şəhidlərimizə Allahdan rəhmət diləyirəm"

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, oyunun ağır olacağını öncədən dərk ediblər. O, komandasının layiqli 1 xal qazandığını söyləyib: "Rəqibin təzyiq edəcəyini anlayırdıq. Əvvəlki qarşılaşmalarımız da dinamik alınmışdı. Qazanılan 1 xaldan razı qaldım".

Baxşıyev futbolun emosional olduğunu, bu səbəbdən qapıçı Nicat Mehbalıyevə dediyi sözlərin narazılıq kimi qəbul edilməsini düzgün saymayıb.

Digər Xəbərlər
Xəbər Lenti