“Sabah”ın qapıçısı: “Bu barədə onlara danışacam ki...”

08:40 Sabah 92
“Sabah”ın qapıçısı: “Bu barədə onlara danışacam ki...”

“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə danışıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan klubu ilə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqları barədə fikirlərini açıqlayıb.

Pokatilov qazandığı uğurlar barədə gələcəkdə nəvələrinə danışacağını bildirib:

“Mançester Yunayted”lə Çempionlar Liqasında “Old Trafford”da oynamaq inanılmaz hisslər idi. Rəqibdən asılı olmayaraq, ÇL-də oynamağı təkrarlamaq istəyirəm və növbəti matçı səbirsizliklə gözləyirəm.

Çempionlar Liqası sözün ən yaxşı mənasında, narkotik kimidir. Yəqin ki, karyeramı bitirdikdən sonra nəvələrimə bu barədə danışacağam”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi