“Bakı trası bizə uyğundur”

07:20 Atçılıq 99
“Bakı trası bizə uyğundur”

“Əvvəlki yarışlarda da Bakıda kifayət qədər sabit çıxış etmişik. Ümid edirəm ki, bu dəfə də eyni nəticəni göstərə bilərik”.

Sporitnfo.az xəbər verir ki, bu sözləri “Uilliams” komandasının pilotu Aleks Albon Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandasının cari mövsümcəki performansı barədə danışıb:

“Bakı trası bizim bolidə uyğundur. Orta və aşağı sürətli döngələrdə adətən yaxşı nəticə göstəririk. Uzun döngələri çox sevmirik. Amma bu trasda belə döngələr demək olar ki, yoxdur. Əvvəlki illərdə fərqli olaraq, hazırlıqlar zamanı müəyyən kiçik çətinliklər yaşadıq. Bu il avtomobilin şassisi, təkərləri fərqlidir. Avtomobilimizdə və güc qurğusunda bəzi problemlər yarandı. Eyni zamanda sürücülük baxımından da müəyyən çətinliklərimiz oldu. Lakin düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və performansımız getdikcə yaxşılaşır. Artıq təkcə bir yarış haqqında düşünmürük, hədəfimiz hər mərhələdə ən yaxşı nəticəni qazanmaqdır. Gələn il də oxşar olacaq – şassi və güc qurğusunda böyük dəyişikliklər gözlənilmir, lakin təkərlər fərqli ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi