"Sabah"la çempionluq sevinci yaşadı, “Sumqayıt”a keçdi

07:50 Basketbol 100
"Sabah"la çempionluq sevinci yaşadı, “Sumqayıt”a keçdi

"Sumqayıt" basketbol klubu heyətini Rüstəm Əliyevlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirlib.

196 sm boya malik basketbolçu ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.

Daha öncə "Sabah"la iki il ardıcıl çempionluq sevinci yaşayan Rüstəm Əliyev "Ordu" və "LANDAU Lions" klubunda da çıxış edib.

O, həmçinin U-18 və əsas millinin heyətində də meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi