Baş məşqçi ilə aralarında fikir ayrılığı yarandı, vəzifəsini tərk etdi

09:40 Hadisə 169
Baş məşqçi ilə aralarında fikir ayrılığı yarandı, vəzifəsini tərk etdi

“İmişli”nin məşqçilər korpusunda dəyişiklik olub. Zamir Həsənovun bölgə klubundan ayrılıb.

Həsənov bu ilin iyulunda aran təmsilçisinə baş məşqçi Fərid Namazovun köməkçisi kimi qoşulmuşdu.

Tərəflər arasında 1 illik müqavilə imzalanmışdı. Klub həmin vaxt mütəxəssisin zəngin məşqçilik təcrübəsini xüsusi qeyd etmişdi.

Zamir Həsənov uzun illər AFFA sistemində müxtəlif yaş qrupları üzrə milli komandalarla çalışıb. O, qadınlardan ibarət U-17 və U-15 yığmalarında baş məşqçi kimi fəaliyyət göstərib, daha sonra U-19-da əmək sərf edib.

AFFA-nın məşqçi hazırlığı istiqamətində də fəaliyyət göstərən Həsənov “Şamaxı”, “Şəfa”, “Zirə” və “Səbail” akademiyalarında müxtəlif vəzifələrdə işləyib.

Həmçinin UEFA “Pro“ lisenziyası üzrə təhsil prosesi çərçivəsində Moskva ÇSKA-sında təcrübə keçib. Həmin təcrübə zamanı məşq prosesinin periodlaşdırılması, məşqçi heyətinin idarə olunması və konfliktlərin idarə edilməsi kimi mövzular üzrə təcrübə qazandığını bildirib.

Həsənovun “İmişli”dən ayrılmasının səbəblərindən biri baş məşqçi Fərid Namazovla müəyyən məsələlərdə fikir ayrılığının yaranmasıdır.

O cümlədən, klubun transfer siyasəti və heyətin formalaşdırılması ilə bağlı narazılıqlar vəziyyəti sonda bu həddə gətirib çıxarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!