Xüsusi Olimpiya Komitəsində məşqçilərlə toplantı oldu

07:10 Digər növlər 41
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə toplantı oldu

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov məşqçilərlə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Görüş zamanı atletlərin hazırlıq prosesi, eləcə də yerli və beynəlxalq yarışlarla bağlı planlar müzakirə olunub.

Həmçinin atletlərin qarşıdakı yarışlara hazırlığının daha da təkmilləşdirilməsi, məşq prosesinin təşkili və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

V.Behbudov məşqçilərə fəaliyyətlərində, atletlərə isə qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi