AFFA "Qəbələ"nin büdcə ilə bağlı xahişinə NƏ CAVAB VERDİ?

4 İyul 2021 17:40 Qəbələ 1 092
AFFA "Qəbələ"nin büdcə ilə bağlı xahişinə NƏ CAVAB VERDİ?

AFFA-nın üzümüzü gələn mövsüm üçün «Qəbələ»yə ayıracağı büdcə dəqiqləşib.

Sportinfo.az-ın məlumatına görə, federasiya bölgə təmsilçisinə ayırdığı məbləği artırmaqdan imtina edib.

Beləcə, «ağ-qaralar» ötən sezon olduğu kimi, yenə 1,5 milyon manatla yola çıxmaq məcburiyyətində qalıb.

AFFA «Qəbələ»nin müraciətini geri çevirməsinə səbəb kimi maliyyə çatışmazlığını göstərib. Qurum iddia edib ki, belə bir addım atsalar, digər klublar da onlara ayrılan vəsaitin artırılmasını istəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız