“Asadov Pro Bridge” onlayn formada mühüm tədbir toplantı təşkil etməyi planlaşdırır.
Tədbirin istiqaməti beynəlxalq futbol skautinqi və oyunçu analizidir.
Bu, Beynəlxalq Skautinq İnkişaf Proqramı (APB International Scouting Development Programme) çərçivəsində Yeni Nəsil Beynəlxalq Oyunçu Seçimi Skautlarının Yetişdirilməsi (Developing the Next Generation of International Recruitment Scouts) məqsədi daşıyır.
Proqram haqqında
“Asadov Pro Bridge“ beynəlxalq futbol skautinqi, oyunçu seçimi və recruitment analysis (oyunçu seçimi və transfer yönümlü təhlil) sahəsində inkişaf etmək istəyən şəxslər üçün APB International Scouting Development Programme (APB Beynəlxalq Skautinq İnkişaf Proqramı) layihəsinə başlayır.
Proqramın məqsədi müxtəlif futbol platformaları vasitəsilə fərqli ölkə və liqalardan perspektivli oyunçuların müəyyənləşdirilməsi, məlumatlarının yoxlanılması, statistik və video göstəricilərinin təhlili, eləcə də onların konkret klub, liqa və futbol bazarlarına uyğunluğunun qiymətləndirilməsi üzrə yeni skautların yetişdirilməsidir.
Proqram yerli oyunlara gedərək futbolçu izləməkdən daha çox, beynəlxalq bazarlar üzrə platforma, data (məlumat) və video əsaslı skautinqə yönəlib.
İştirakçıların ofisə gündəlik gəlməsi tələb olunmur. Təlimlərdə, görüşlərdə və tapşırıqlarda davamlı iştirak etmək şərti ilə proqramda onlayn formada da fəaliyyət göstərmək mümkündür.
Fəaliyyət istiqamətləri
Proqram iştirakçıları aşağıdakı istiqamətlər üzrə təlim və praktiki tapşırıqlar yerinə yetirəcəklər:
- Müəyyən edilmiş meyarlar əsasında müxtəlif ölkə və liqalardan futbolçuların araşdırılması;
- Futbol platformaları vasitəsilə ilkin oyunçu siyahılarının hazırlanması;
- Futbolçuların yaşı, mövqeyi, dominant ayağı, oyun dəqiqələri, müqavilə vəziyyəti və digər məlumatlarının yoxlanılması;
- Statistik göstəricilərin müqayisəli və kontekstual təhlili;
- Futbolçuların tam oyunlar və video materiallar əsasında qiymətləndirilməsi;
- Oyunçunun əsas mövqeyinin, oyun profilinin və ən uyğun rolunun müəyyənləşdirilməsi;
- Texniki, taktiki, fiziki və psixoloji xüsusiyyətlərin təhlili;
- Güclü və zəif tərəflərin, mümkün risklərin və red flags (risk göstəriciləri) məqamlarının müəyyən edilməsi;
- Futbolçunun fərqli taktiki sistemlərə uyğunluğunun qiymətləndirilməsi;
- Oyunçunun hansı ölkə, liqa, klub səviyyəsi və futbol bazarı üçün uyğun olduğunun əsaslandırılması;
- Klub ehtiyaclarına uyğun oyunçu profillərinin hazırlanması;
- Longlist (geniş siyahı), shortlist (qısa siyahı) və peşəkar skautinq hesabatlarının tərtib edilməsi;
- Hazırlanmış hesabatların APB standartlarına uyğun təqdim olunması.
Bu, kimlər üçün nəzərdə tutulub?
- Futbola güclü və davamlı marağı olan şəxslər;
- Azərbaycan və beynəlxalq futbolu mütəmadi izləyənlər;
- Futbolu yalnız azarkeş kimi deyil, analitik baxımdan da öyrənmək istəyənlər;
- Müxtəlif liqalar, oyunçu profilləri və transfer bazarları ilə maraqlananlar;
- Oyunçuları yalnız statistikaya deyil, oyun xüsusiyyətlərinə görə də qiymətləndirmək istəyənlər;
- Araşdırma aparmaq və məlumatları fərqli mənbələrdən yoxlamaq bacarığı olanlar;
- Kompüter və onlayn platformalardan sərbəst istifadə edə bilənlər;
- Müşahidələrini aydın və əsaslandırılmış formada ifadə etməyi bacaranlar;
- Məsuliyyətli, intizamlı və öyrənməyə açıq şəxslər.
İngilis dili biliyi üstünlükdür. Əvvəlki skautinq təcrübəsi tələb olunmur. Əsas meyar futbola həqiqi maraq, analitik yanaşma, məsuliyyət və davamlı inkişaf istəyidir.
Proqram çərçivəsində təqdim olunur:
- PFSA skautinq kurslarının əhatə etdiyi mövzular üzrə nəzəri və praktiki hazırlıq;
- Wyscout platforması üzərindən oyunçu axtarışı, data (məlumat) yoxlaması və video analizi imkanları;
- APB-nin daxili skautinq və oyunçu qiymətləndirmə metodologiyası;
- Müxtəlif ölkə və liqalar üzrə real futbolçu araşdırmaları;
- Klub ehtiyacları əsasında oyunçu profillərinin müəyyənləşdirilməsi;
- Longlist (geniş siyahı) və shortlist (qısa siyahı) hazırlanması üzrə praktiki təcrübə;
- Peşəkar skautinq hesabatlarının hazırlanması;
- Təqdim edilən hesabatlara rəy, qiymətləndirmə və mentorluq (peşəkar istiqamətləndirmə);
- Onlayn və hibrid formada fəaliyyət imkanı;
- Uğurlu iştirakçılar üçün Asadov Pro Bridge-in beynəlxalq skautinq strukturunda International Recruitment Scout (Beynəlxalq Oyunçu Seçimi üzrə Skaut) kimi davamlı əməkdaşlıq imkanı.
Vacib qeyd
Bu təşəbbüs iş vakansiyası deyil, təlim və praktiki inkişaf proqramıdır.
Proqramda iştirak ödənişsizdir və iştirakçılardan hər hansı ödəniş tələb olunmur. Proqramın tamamlanması gələcək əməkdaşlığa avtomatik təminat vermir.
Davamlı əməkdaşlıq iştirakçının məsuliyyəti, intizamı, analitik yanaşması, hazırladığı hesabatların keyfiyyəti və proqram müddətində göstərdiyi nəticələr əsasında müəyyən ediləcək.
SPORTİNFO.AZ
