Azərbaycan UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə etdi.
Kaunasdakı “Dariaus və Girėnas” stadionunda keçirilən qarşılaşmada hər iki qol ilk 14 dəqiqədə vuruldu.
Armandas Kuçis 9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə um sahiblərini önə çıxardı, Mahir Emreli isə beş dəqiqə sonra Tellur Mütəllimovun ötürməsindən sonra hesabı bərabərləşdirdi.
Başlanğıc bizimkilər üçün heç də asan alınmadı. Litva ilk dəqiqələrdən yüksək təzyiqlə oynadı və Gvidas Gineitisin cərimə meydançasında Emil Səfərovla mübarizəsindən sonra penalti qazandı.
Azərbaycan millisi isə erkən qolun təsirindən tez çıxaraq, cəmi beş dəqiqə sonra cavab verdi. Emreli cərimə meydançasında topu qəbul edərək, sol ayağı ilə dəqiq zərbə vurdu.
Emrelinin qolu oyunun gedişində dönüş nöqtəsi oldu.
Oyunun statistikasına əsasən, hücumçu 90 dəqiqə ərzində 2 zərbə vurub, 2 açar ötürmə edib, 30 ötürmədən 23-nü dəqiq yerinə yetirib, 9 duel qazanıb, 3 hava duelində üstün olub və 4 dəfə rəqibdən qayda pozuntusu qazanıb.
Onun reytinqi 8,2 olub ki, bu da matçdakı ən yüksək göstəricidir.
Azarkeşlərin səsverməsində də Emreli 1622 səsdən 1365-ni toplayaraq önə çıxıb.
SPORTİNFO.AZ
