Sumqayıt komandası Avropa Kubokunda ilk qələbəsini qazandı

08:20 Futzal 127
Sumqayıt komandası Avropa Kubokunda ilk qələbəsini qazandı

“Buxar Sumqayıt” minifutbol komandası Avropa Minifutbol Federasiyasının (EMF) Avropa Kubokunda ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, İspaniyanın Kambrils şəhərində təşkil olunan turnirdə Azərbaycan təmsilçisi Çexiyanın “Abus Kastro” komandası ilə qarşılaşıb.

“Buxar Sumqayıt” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Komandamızın qollarını 17-ci dəqiqədə Murad Hüseynov və 29-cu dəqiqədə Emil Həsənzadə vurublar.

Beləliklə, “Buxar Sumqayıt” turnirdə ikinci oyununda ilk qələbəsini qazanıb.

Azərbaycan təmsilçisi ilk matçında Polşanın “Aldaç 442 Sport Pub” komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?