Premyer Liqa təmsilçisində problemlər yaşayan məşqçi millidə işə başladı

16:00 Hadisə 164
Premyer Liqa təmsilçisində problemlər yaşayan məşqçi millidə işə başladı

“İmişli” ilə yollarını ayırdıqdan sonra Zamir Həsənovun karyerasında yeni mərhələ başlayıb.

Aran klubunda baş məşqçi Fərid Namazovla problemlər yaşayan mütəxəssis U-19 millisinə üz tutub.

Elgiz Kərəmlinin rəhbərlik etdiyi məşqçi heyətində yer alıb.

U-19-un Gəncədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyun “Kəpəz”in əvəzedici komandasına qarşı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

19 yaşlılar ikinci hissədə hesabı açıb. Lakin üstünlüyü qorumaq mümkün olmayıb və “Kəpəz-2” Amur Yusifovun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.

Nəticədən daha çox, belə oyunlar yeni formalaşan millinin futbolçularının hazırlıq səviyyəsini qiymətləndirmək, komandanın oyun modelindəki çatışmazlıqları müəyyənləşdirmək və qarşıdakı rəsmi görüşlərə hazırlıq baxımından əhəmiyyət daşıyır.

Zamir Həsənovun milli təcrübəsi kifayət qədər genişdir. O, uzun illər AFFA sistemində müxtəlif yaş qrupları üzrə komandalarla çalışıb.

2019-cu ildə İcraiyyə Komitəsinin qərarı ilə qızlardan ibarət U-15 və U-17-nin baş məşqçi postuna təsdiqlənib. Daha sonra qızlardan ibarət U-19 yığmasına rəhbərlik edib.

Onun fəaliyyət dairəsi yalnız millilərlə məhdudlaşmayıb. “Şamaxı”, “Şəfa”, “Zirə” və “Səbail”in akademiyalarında müxtəlif vəzifələrdə çalışıb, AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi məşqçi hazırlığı prosesində iştirak edib.

UEFA-nın “Pro“ lisenziyası üzrə təhsil prosesi çərçivəsində Moskva ÇSKA-sında təcrübə keçməsi də onun peşəkar inkişaf yolunun mühüm mərhələlərindən biridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?