Azərbaycan klubu iki oyunçusu ilə müqaviləni uzatdı, 10 nəfər ayrıldı

08:40 Basketbol 96
Azərbaycan klubu iki oyunçusu ilə müqaviləni uzatdı, 10 nəfər ayrıldı

NTD basketbol klubu iki gənc oyunçusu ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Oğuzxan Quliyev və Mübariz Mirzəyevlə yeni razılığa gəlib. Hər iki basketbolçunun müqaviləsi daha bir il müddətinə artırılıb.

Oğuzxan Quliyev və Mübariz Mirzəyev Azərbaycanın U-20 millisinin də üzvləridir.

NTD-nin heyətində bir sıra ayrılıqlar da baş verib. Azərbaycanlı basketbolçular Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuz komandadan ayrılıblar.

Bundan başqa, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?