Bu mövsümdən II Liqada çıxış edən «Difai»də növbəti baş məşqçi dəyişikliyi gerçəkləşib.
Mövsümlərarası fasilədə Şəhriyar Məmmədovla anlaşan, amma sezona Adil Mahmudovla start verən «fədailər» onun vəzifəsini dəyişib.
Mahmudov bundan sonra klub prezidentinin müşaviri kimi fəaliyyət göstərəcək.
Komanda isə Ramil Mansurova tapşırılıb. Vaxtilə «İnter»in (indiki «Şamax»ı) formasını geyinmiş keçmiş hücumçu mövsümün sonunadək bu işi görəcək.
Adil Mahmudov 2il qabaq da «Difai»ni çalışdırıb. Həmin vaxt olduğu kimi, indi də o, bu vəzifədə 1 ay duruş gətirməyib.
Ağsu təmsilçisi dörd turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Passivində 3 məğlubiyyət olan kollektiv 3 xala malikdir.
SPORTİNFO.AZ
