Rəhbərlik məcburiyyət qarşısında qaldı, klubun adı rəsmi şəkildə dəyişdirildi

28 Sentyabr 17:20 Region Liqası 779
Rəhbərlik məcburiyyət qarşısında qaldı, klubun adı rəsmi şəkildə dəyişdirildi

AFFA tərəfindən Region Liqasının formatında və reqlamentində edilən dəyişikliklərdən sonra “Murov Kəlbəcər” klubu da ad dəyişikliyinə gedib.

Sportinfo.az xəbər verir ki, yenilənmiş tələblərə əsasən, Bakı şəhərini təmsil edən komandaların turnirdə paytaxtın adı altında çıxış etməsi zərurəti yaranıb.

Bu səbəbdən “Murov Kəlbəcər” rəhbərliyinin qərarı ilə klubun adı rəsmi şəkildə dəyişdirilib. Komanda bundan sonra “Gənclərbirliyi Bakı” Peşəkar Futbol Klubu adı ilə fəaliyyət göstərəcək.

Yeni mövsümdən etibarən kollektiv Region Liqasında yeni brend, yenilənmiş loqo və “Gənclərbirliyi Bakı” adı altında mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti