“Neftçi”dən MÜHÜM XƏBƏR: “Bunları təcili yığışdırmalıyıq”

28 Sentyabr 13:00 Neftçi 1 821
“Neftçi”dən MÜHÜM XƏBƏR: “Bunları təcili yığışdırmalıyıq”

«Biz çempionatın lideriyik və liderə xas olan tərzdə oynamalıyıq».

Bu fikirlər «Neftçi»nin baş məşqçisi Yuri Verniduba məxsusdur.

Ukraynalı çalışdırıcı futbolçularla keçirdiyi iclasda mövsümün ilk həftələrində sərgilədikləri futbolu dəyərləndirib.

Təcrübəli mütəxəssis bildirib ki, komandanın nəticələri əladır, amma o, eyni sözləri nümayiş etdirdikləri oyun barədə söyləməyə çətinlik çəkir:

«Demək olar hər matçda səhvlərə yol veririk. Dominant və sürətli oynamırıq.

Bəzən meydanda yanlış şeylər edirik. Bunları təcili yığışdırmalıyıq.

Qarşıda bizi bir-birindən güclü rəqiblər gözləyir. Onlara qarşı bu cür oynamamalıyıq.

Məni narahat edən məsələlər var. Gərək bunları tezliklə aradan qaldıraq.

Çempionatda yaranan fasilə bizim üçün fürsətdir. Bu müddətdən istifadə edib, oyunumuzu yaxşılaşdırmalıyıq».

«Ağ-qırmızılar» altı turdan sonra 15 xala malikdir. Pyataxt təmsilçisi bu göstərici ilə Premyer Liqanın lideridir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM