“Qəbələ” ilə oyun fəlakətin başlanğıcı oldu, Tanrı belə olmasını istədi”

4 İyun 2021 22:40 Qəbələ 1 437
“Qəbələ” ilə oyun fəlakətin başlanğıcı oldu, Tanrı belə olmasını istədi”

“Qəbələ” ilə oyunun yenidən keçirilməsini istərdim”.

Sportinfo.az xəbər verir ki, bunu “Panatinaikos”un sabiq müdafiəçisi Giorqos Kotrubis deyib.

Hazırda “Uypeşt”də çıxış edən 30 yaşlı futbolçu Yunanıstan mətbuatına geniş müsahibəsində Avropa Liqasının 2015/16 mövsümünün pley-off mərhələsində “Qəbələ”yə məğlub olduqları görüşü xatırlayıb.

“Panatinaikos”dakı 5 illik karyerasında unudulmaz iki oyundan birinin məhz “Qəbələ”yə qarşı olduğunu söyləyən mərkəz müdafiəçisi həmin günləri belə xatırlayıb:

“Düşünürəm ki, “Qəbələ” ilə oyun fəlakətin başlanğıcı oldu. Həmin görüşü unutmaq istəyirəm. Görünür, Tanrı belə olmasını istədi.

Bunu başqa cür izah edə bilmərəm. O matçın nəticəsi sanki futbolçuların dünya ilə münasibətlərinə təsir göstərdi. Mövsüm boyu gərginlik davam etdi”.

Bakıdakı qolsuz bərabərliyin ardından Afinada “Panatinaikos”la 2:2 hesablı heç-heçəyə nail olan “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!