"Atama "Qəbələ"də qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar"

26 Yanvar 2021 12:40 Qəbələ 665
"Atama "Qəbələ"də qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar"

"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Orada futbol kifayət qədər yaxşı səviyyədədir.

Çempionatın təşkilini və şəraiti çox bəyəndim. Premyer Liqada üçüncü yeri tutduq və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin keçmiş məşqçisi Andrey Syomin "Sport24.ru" saytına müsahibəsində deyib.

Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Həmin dönəmdə atası Yuri Syominin köməkçisi olan 52 yaşlı mütəxəssis "Qəbələ"dən ayrılmasının səbəbini də açıqlayıb:

"Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq "Mordoviya"da işləmək qərarına gəldi.

Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, məmnuniyyətlə işimizi davam etdirərdik. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.

Digər Xəbərlər
Xəbər Lenti