«Qarabağ»ın əsas komandasına daha bir legioner cəlb olunub.
Bu, Viktor Anidir.
Nigeriyalı hücumçu mövqeyində çıxış edir.
O. yerli «Mailantarki Kare»nin yetirməsidir və cəmi 18 yaşı var. Ön xəttin mərkəzində forma geyinən afrikalı ilə 1+1 illik müqavilə bağlanıb.
Baş məşqçi Qurban Qurbanov ondan öncə 18 yaşlı daha bir nigeriyalını komandanın sıralarına qatıb.
Daniel Arierhi artıq burada gündəlik məşqlərə çıxır.
Ötən mövsüm Nigeriyanın Gənclər Liqasında 40 qola imza atmış forvardla artıq 1+1 illik müqavilə imzalanıb.
«Köhlən atlar» hücumun mərkəzində çıxış eləyən afrikalıya görə Peşəkar Futbol Liqasına 5000 manat ödəyəcək. Bu pul onu Əvəzedicilər Liqasına sifariş eləmək üçün veriləcək.
Danielin özəlliyi ön xətlə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamaq bacarığıdır. 175 sm boya malik nigeriyalı sürəti və texnikası ilə bir çox həmyaşından seçilir.
SPORTİNFO.AZ
