“Qarabağ”ın hücumçusu hansı ölkənin millisində oynayacağını hələ bilmir

01:00 Qarabağ 176
“Qarabağ”ın hücumçusu hansı ölkənin millisində oynayacağını hələ bilmir

“Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qambiyalı hücumçusu Zakaria Savo deyib.

– Zədədən sonrakı bərpa dövrünüz necə keçdi?

– Bərpam çox yaxşı keçdi. Tibbi şöbəmiz üzərimdə çox yaxşı işlədi, çox əziyyət çəkdi. Şadam ki, zədədən bərpa olunaraq, yaşıl meydanlara qayıtdım.

– Zədəli vaxtınızda “Qarabağ”ın avrokubokların əsas mərhələsindən kənarda qaldı. Özünüz formada olsaydınız, sizcə, bu, baş verərdimi?

– Belə demək olmaz. Çünki nəticə yalnız məndən asılı deyil. Komandada 25-30 futbolçu var. Futbol – kollektiv idman növüdür. Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməyimizə görə çox pis olduq. İndi bütün fikrimizi çempionluğa yönəltmişik. Hədəfimiz budur.

– Gələn tur “Neftçi” ilə oynayacaqsınız. Gözləntiniz nədir?

– Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik. Amma biz də “Qarabağ”ıq. Məqsədimiz qalib gəlməliyik.

– Milli komanda seçimi imkanınız olsaydı, İsveçi, yoxsa Qambiyanı seçərdiniz?

– (gülür – red.) Mən bilmirəm. Anam İsveçdən, atam Qambiyadandır. Hansı ölkədən çağırsalar, mən hazıram.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu