Yevlaxda “Qarabağ”ın qəlbinə rahatlıq verənlər - VİDEO

01:10 Qarabağ 107
Yevlaxda “Qarabağ”ın qəlbinə rahatlıq verənlər - VİDEO

Misli Premyer Liqasının VII turunda "Qarabağ" səfərdə "İmişli" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 2:0.

Qolları 59-cu dəqiqədə Aleksey Kaşuk və 88-ci dəqiqədə Jali Muaddib vurub.

Ağdam təmsilçisi 16 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 4 xalı olan "İmişli" isə doqquzuncudur.

“İmişli” - “Qarabağ” 0:2

Yevlax şəhər stadionu, 3000 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Eyyub İbrahimov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 (hakimin qərarına etiraz) // Joni Montiel, 15 (qeyriidman hərəkəti); Reda Xadra, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Aleksey Kaşuk, 59; Jali Muaddib, 88
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“İmişli”
1. Yusif İmanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı (k)
(33. Əkbər Eyubov, 64)
77. Fərid Nəbiyev
5. İdris İnqilablı
13. Rafael Vieqaş
(70. Mehdi Tahirov, 90+2)
21. Ronaldo de Souza
6. Yau Mozes
(17. Seyxan Fərəcov, 75)
9. Dioqo Almeyda
23. Dioqo Rollo
80. Deko
Ehtiyat oyunçular:
22. Sadiq Məmmədzadə
3. Tuncay Yusifli
55. Murad Ələkbərov
42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov

“Qarabağ”
23. Martin Zlomisliç
22. Musa Qurbanlı
(9. Zakaria Savo, 66)
20. Kadi Borqes (k)
2. Mateus Silva
5. Bruno Lanqa
10. Joni Montiel
(8. Marko Yankoviç, 66)
25. Cebrail Makreçkis
21. Aleksey Kaşuk
(29. Renaldo Sefas, 75)
7. Jali Muaddib
(11. Reda Xadra, 90)
35. Pedro Bikalyo
(88. Samuel Lobato, 90)
4. Bense Varkonyi
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!
11 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM