"Qarabağ" nədə geçikdi? – Hamı bu VİDEOnu izləsin!

18 Avqust 2022 13:00 Qarabağ 3 661
"Qarabağ" nədə geçikdi? – Hamı bu VİDEOnu izləsin!

"Qarabağ" dünən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya "Viktoriya"sı (Pilzen) ilə qolsuz heç-heçə etdi.

Hakimin start fitindən ta sonuna kimi üstünlüyü öz əlində saxlayan Qurban Qurbanovun komandası, gəl ki, rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkdi.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov matçın qolsuz yekunu ilə bağlı maraqlı şərh verib.

Bildirib ki, “Viktoriya” topu Ağdam futbolçularına verərək, daha çox topsuz oyunla onların planını pozmağa çalışdı.

Tanınmış aparıcı-jurnalist əlavə edib ki, Pilzen təmsilçisi bunu bacardı: “Qurban Qurbanov da bundan ehtiyatlanırdı. Hücum xəttində, eləcə də cinah müdafiəçilərin hücuma qoşulmasını zonaları bağlamaqla çox ləngitdilər.

Nəticədə üçüncü zonada çoxalmada və son ötürmələrdə topların əksəriyyəti rəqibdə qaldı. Belə qapalı müdafiə olunan komandaları ancaq uzaqdan qapıya endirilən zərbələrlə cəzalandırmaq olardı.

Komandamızın heyətində daha çox Filip Ozobiç belə zərbələrlə yadda qalır ki, dünən oyuna daxil olduqdan sonra bunun şahidi olduq. Qurban Qurbanov nəyə görə bu addımı atmaqda gecikdi, çox maraqlıdır”.

Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti