"Riad Rəfiyev sözünün üstündə durmadı, prezidentə məktub yazacam"

4 Fevral 2020 10:10 Qalmaqal 1 172
"Riad Rəfiyev sözünün üstündə durmadı, prezidentə məktub yazacam"

"Sumqayıt" Futbol Akademiyasında bir müddət əvvəl baş vermiş qalmaqal haqda məlumat vermişdi.

İddiaya görə, "gənclik şəhəri" təmsilçisinin U-12 komandasının baş məşqçisi Rəşad Muradov məşq vaxtı Hüseyn Hüseynov adlı azyaşlı futbolçunu təhqir etmişdi.

Uşağın valideyni Baləddin Hüseynov isə həmin məsələyə görə həm Muradovdan, həm akademiyanın direktoru Hakan Sünaldan, həm də klubun vitse-prezidentindən polisə şikayət etmişdi.

Bu gün isə Baləddin müəllim bizimlə əlaqə saxlayaraq, qalmaqalın detallarını açıqladı. O, Sportinfo.az-a açıqlamasında baş vermiş hadisəyə görə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevi günahlandırdı.

Hüseynov yaxın günlərdə ölkə prezidenti İlham Əliyev və birinci xanım mehriban Əliyevaya müraciət edəcəyini bildirdi: "Yaxın günlərdə cənab prezidentə, birinci xanıma və Arzu Əliyevaya məktub yazacam.

Mənim uşağımı heç bir səbəb olmadan komandadan qovdular. Hüseyn oradakı futbolçuların hamısından yaxşı oynayır. Riad müəllimlə danışanda Vaqif Ömərov gəldi və hansı rayondan olmağımı soruşdu. Cənub bölgəsindən olduğumuzu dedim. Riad Rəfiyevə dedi ki, bunları rədd et, getsin.

Mən də azərbaycanlıyam. Sabah cənab prezident əmr versə, gedib səngərdə vuruşacam. "Sumqayıt" rəhbərliyi isə məni təhqir etdi. Şəkər xəstəsiyəm, iynə-dərmanla yaşayıram. Mənə deyirlər ki, cənub bölgəsindənsən, get, öz rayonunda yaşa. Mən azərbaycanlıyam, ölkəmin istənilən yerində yaşaya bilərəm.

Uşağımı oyuna buraxmırdılar. Hakan Sünaldan səbəbini soruşanda deyirdi ki, Riad müəllimlə danış, məndən olsa, onu qovaram. Axırda arzusuna çatdı, uşağı göndərdilər. Riad Rəfiyev sözünün üstündə durmadı. Dedim, gəl Hüseynin oyununa bax, xoşun gəlməsə, göndər".

Rəşad Muradov saytımıza açıqlamasında futbolçunun valideyninin məşqə, oyunlara içkili gəldiyini və oradakıları təhqir etdiyini bildirmişdi. Məşqçinin ittihamlarına da cavab verən Hüseynov belə bir şeyin olmadığını, sadəcə, haqqını tələb etdiyini söyləyib: "Təhqir olmayıb. Sadəcə, demişəm ki, uşağımı niyə oynatmırsız. Mənim içkili olduğumu deyirlər. Mən sizə Hakan Sünalın valideynlərlə necə yeyib-içdiyini göstərə bilərəm. Riad müəllimə də göndərmişəm. Mən nə türk məşqçiyə, nə Rəfiyevə inanıram. Mənim güvəndiyim şəxs cənab prezidentdir. İlham Əliyev Mehdi Hüseynzadə stadionuna nə qədər pul ayırıb. Bunu onların dədələri üçün yox, uşaqlar üçün tikirlər.

Uşağı Bakıya oyuna aparırlar, oynatmırlar. Qayıdanda da Sumqayıtda yolun ortasında avtobusdan düşürdürlər ki, özün get. Bir dəfə az qalıb ki, maşın Hüseyni vursun. Bu, nə deməkdir? Rövnəq Abdullayevlə də görüşmək istəyirəm. Mənim uşağım intihar etmək istəyir"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"