ŞOK! Keçmiş komanda yoldaşına sui-qəsdi o təşkil edib!

18 Yanvar 2020 21:25 Qalmaqal 1 004
ŞOK! Keçmiş komanda yoldaşına sui-qəsdi o təşkil edib!

Serbiya millisi və "Yuventus"un keçmiş hücumçusu Darko Kovaçeviçə bir müddət öncə təşkil olunan silahlı basqının bəzi təfərrüatları müəyyənləşib.

Sportinfo.az Serbiyanın "Telegraf" nəşrinə istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada qeydə alınmış hadisənin sifarişçisinin "Real"ın sabiq müdafiəçisi Raul Bravo olduğu iddia edilir.

Bu versiyanı araşdıran yunan polisi hələlik veteran futbolçunun günahını sübuta yetirə biləcək tutarlı dəlillər aşkarlamayıb. İnsidentin oyun-alqı satqısına görə baş verdiyi ehtimal olunur.

İddiaya görə, Kovaçeviç Bravonun Serbiyada danışılmış oyunlar təşkil etməsinin detalları barədə geniş məlumata sahibdir. Bu səbəbdən də ispaniyalının 2007-2009 mövsümünüdə "Olimpiakos"da birlikdə çıxış etdiyi keçmiş komanda yoldaşının qətlini sifariş verə biləcəyi istisna olunmur.

Hazırda İspaniyada da Bravonun oyun alqı-satqısında iştirakı ilə bağlı araşdırma aparılır. O, bundan əvvəl sözügedən məsələyə görə həbs olunmuş, ancaq daha sonra 100 min avro ödəyərək, şərti azadlığa çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı