Xanım hakimi hədələdi - "Səni tapsam, zorlayacam"

10 Dekabr 2019 16:41 Qalmaqal 1 704
Xanım hakimi hədələdi -

İspaniya Regional liqası oyunlarından birində xoşagəlməz olay yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisə Fuerteventura vilayətində baş tutmuş "Çilequa" - "Xandia" görüşündə qeydə alınıb.

Qarşılaşmanın gedişində yan xətt tərəfdə futbolçular arasında gərgin anlar yaşanıb və bu zaman tribunadan meydana doğru irəliləyən azarkeş 16 yaşlı xanım laysmanı ağır sözlərlə təhqir edib. Azarkeş "Əgər səni tapsam, zorlayacam. Sifətini dağıdacam sənin. Nə olur-olsun, səni cəzlandıracam" kimi təhqiredici ifadələrlə yan xətt hakimini təhdid edib.

Təhqir və təhdid dolu sözləri görüşün baş hakimi Conatan Almeyda Espino matçın protokolunda qeyd edib. Hakim federasiyanın hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu deyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"