Təyyarədə qorxduğunu yazıbmış... "Bir də görüşə bilməsək, başıma gələnlərdən xəbərin olsun"

23 Yanvar 2019 12:12 Qalmaqal 394
Təyyarədə qorxduğunu yazıbmış... "Bir də görüşə bilməsək, başıma gələnlərdən xəbərin olsun"

La Manşda radardan itən təyyarənin axtarışları bu gün səhər saatlarından bərpa olunub.

Sportinfo.az xəbər verir ki, xilasetmə əməliyyatında Böyük Britaniya ilə Fransanın hava və dəniz qüvvələri iştirak edir.

Təyyarənin sərnişinləri arasında Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Sala da olub. Uçuş zamanı argentinalı hücumçu dostuna vida mesajı göndərib.

O, səs yazısında dostuna təyyarədə qorxduğunu bildirərək, "Bir daha görüşə bilməsək, başıma gələnlərdən xəbərin olsun" yazıb.

Çarter reysli təyyarə Kardiffə Fransanın Nant şəhərindən uçurmuş. 28 yaşlı futbolçu əvvəllər Nantda çıxış edib. O, uçuşdan 3-4 gün əvvəl "Kardiff"ə rəsmən transfer olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti