Azər Əliyev və Anar Bağırov Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edir

08:10 Bizimkilər 103
Azər Əliyev və Anar Bağırov Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edir

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə MOK-dan məlumat verilib.

Forumda ölkəmizi Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!